Modern.az

Saxta möhürlü sayğaclar aşkarlandı

Saxta möhürlü sayğaclar aşkarlandı

29 Dekabr 2020, 14:05

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində pərakəndə şəkildə qanunsuz qaz çəkilişi aparılan ünvanlar aşkarlanıb.

 

Bu barədə Modern.az-a “Azəriqaz”dan məlumat verilib.

 

Bildirilir ki, birliyin Bakı Regional Qazın Satışı Departamenti və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə sözügedən qayda pozuntusu ilə bağlı Binəqədi rayonu, DSK yolu, 10-cu döngə adlanan yeni yaşayış massivində reyd keçirilib. Reyd zamanı hansısa işbazlar tərəfindən quraşdırılan saxta möhürlü 9 sayğac Birliyin əməkdaşları tərəfindən götürülərək aidiyyatı üzrə təhvil verilib.

 

Qeyd edək ki, bir ay bundan öncə “Azəriqaz”ın məsul şəxsləri həmin ünvanda olub və vətəndaşlara işbazlarla ünsiyyət qurmamağı, qaz çəkilişi üçün “Asan xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməyi tövsiyə ediblər. Bir daha xatırladırıq ki, sözügedən ünvanda təbii qazdan istifadə edən sakinlər üçün qaz xətlərini “Azəriqaz” İB çəkməyib. “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov faktın araşdırılacağını deyib və Birlik adından Daxili İşlər Nazirliyinin əməkdaşlarına reyddə iştirak etdiklərinə görə təşəkkür edib.

 

Daha ətraflı aşağıdakı video materialda baxa bilərsiniz:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...