Modern.az

Əsir və girovluqdan azad edilənlərin bəziləri ailələrinə qovuşdu

Əsir və girovluqdan azad edilənlərin bəziləri ailələrinə qovuşdu

Hadisə

30 Dekabr 2020, 10:53

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş vətəndaşlarımızdan 5 nəfəri artıq ailələrinə qovuşub.

Bu barədə Modern.az-a keçmiş əsirlərdən birnin - Amin Musayevin xalası Rəna Əmiraslanova məlumat verib.

R.Əmiraslonova deyib ki, hazırda Aminin müalicəsi davam etdirilir:

“Aminlə sonuncu dəfə danışanda bildirdi ki, müalicəsi tam başa çatandan sonra evə buraxılacaq. Hazırda müalicə alır.

Amma keçmiş əsirlərdən Emin Baxşəliyev, Nurlan Əlizadə, Anar Əliyev və daha iki nəfər artıq evlərindədirlər. İnşallah, digərləri də, bizim Amin də qayıdar”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür