Modern.az

"Neftçi"nın kapitanı, müdafiəçisi və qapıçısı satışa çıxarılıb

"Neftçi"nın kapitanı, müdafiəçisi və qapıçısı satışa çıxarılıb

2 Avqust 2012, 20:59

Dünən keçirilmiş "Hapoel Kiryat Şmona" - "Neftçi" oyunundan sonra Bakı klubunun məşqçilər korpusu klub rəhbərliyi yanında toplantı keçirib. 
Qol.Az-ın xəbərinə görə, komandanın böyükhesablı məğlubiyyətinin səbəbləri araşdırılaraq, yekdilliklə klub prezidentinə təqdimat verilib. Bundan başqa, bu gün Bakıya qayıtdıqdan dərhal sonra "Neftçi" PFK-nın bazasında klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə klubdaxili iclas keçirilib. 

İsrail təmsilçisinə məğlubiyyətə görə klubun futbolçularına ciddi şəkildə xəbərdarlıq edilib. Həmçinin məşqçilər korpusunun təqdimatına əsasən, klub prezidentinin sərəncamı ilə son oyunlarda öz imkanlarından aşağı səviyyədə çıxış etməsi və Çempionlar Liqası kimi mötəbər yarışa məsuliyyətsiz yanaşmaları nəzərə alınaraq, "Neftçi" PFK-nın kapitanı Rail Məlikov, müdafiəçi İqor Mitreski və qapıçı Rauf Mehdiyev transferə çıxarılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi