Modern.az

Bu gün London Olimpiadasında daha bir medal şansımız var

Bu gün London Olimpiadasında daha bir medal şansımız var

3 Avqust 2012, 11:34

London Olimpiadasında bu gün daha iki idmançımız mübarizəyə qoşulacaq.

Modern.az  xəbər verir ki, Olimpia oyunlarında uğurlu çıxışı ilə diqqət çəkən avarçəkənimiz Aleksandr Aleksandrov bu gün ölkəmizə ikinci medalı qazandıra bilər. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edəcək təmsilçimiz final mərhələsində mübarizə aparacaq. 2000 m məsafəyə yürüşdə gənc idmançımızın rəqibləri Lassi Karonen (İsveç), Ondrej Sinek (Çexiya), Mahe Dirsdal (Yeni Zelandiya), Alan Kampbell (Böyük Britaniya) və Marsel Haker (Almaniya) olacaq. Yarışa Bakı vaxtı ilə saat 16:30-dastart veriləcək.
Bundan başqa 39 yaşlı atletimiz Dmitri Marşin çəkicatma idman növündə mübarizəyə qoşulacaq. 42 idmançının 2 qrupda mübarizə aparacağı yarışa Bakı vaxtı ilə saat 15:20-də start veriləcək. B qrupunda yarışacaq təmsilçimiz finala vəsiqə qazanmaq üçün təsnifat mərhələsini qalib kimi başa vurmalıdır.
Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir