Modern.az

Türkiyənin müdafiə naziri Bakıya gəldi - FOTOLAR

Türkiyənin müdafiə naziri Bakıya gəldi - FOTOLAR

31 Dekabr 2020, 10:30

Türkiyə Cümhuriyyətinin Müdafiə naziri Hulusi Akar Bakıya gəlib.

 

Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Akar Türkiyə ilə Rusiya arasında Qarabağda qurulacaq Birgə Monitorinq Mərkəzdə xidmət edəcək Türkiyə əsgərləri ilə görüşüb.

 

Hulusi Akar hazırda Bakıda olan Türkiyə hərbçilərini Azərbaycan və Ermənistan arasındakı atəşkəsə nəzarət missiyasına hazır olmağa çağırıb.

 

Akar “Qarabağ üçün Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra türk hərbçiləri Azərbaycandakı qardaşların hüquqlarının keşiyində duracaqlar” deyib.

 

Hulusi Akar xatırladıb ki, Azərbaycanın Ağdam bölgəsində Atəşkəsə Nəzarət Mərkəzinin inşası başa çatdıqdan sonra fəaliyyətə başlayacağı anda Türkiyə Silahlı Qüvvələrinin 1 generalı və 35 zabiti orada vəzifələrinin icra başlayacaqlar.

 

Qarabağla bağlı Birgə Monitorinq Mərkəzi ilə bağlı memorandum bu il 9 noyabrda Türkiyə və Rusiya Federasiyası arasında imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür