Modern.az

Türkiyənin Azərbaycandakı səfirliyi təkzib etdi

Türkiyənin Azərbaycandakı səfirliyi təkzib etdi

Aktual

3 Avqust 2012, 12:46

Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyi bu ölkənin Londondakı səfirliyinin iki diplomatının İrəvanda Miras  Partiyasının baş katibi ilə görüşməsinə dair yayılan xəbərləri təkzib edib.
Bu xəbərlərdə Koray Balkaya və Sera Çetin adlı iki türk diplomatının ermənilərin Miras Partiyasının baş katibi Styopa Səfəryanla görüşdüyü iddia olunub.

Səfirlikdən Modern.az-a verilən məlumatda bildirilib ki, bəzi mətbu orqanların yaydığı xəbərlərdə adı çəkilən Koray Balkaya və Sera Çetin Böyük Britaniyanın Ankaradakı səfirliyində işləyirlər və Türkiyənin heç bir rəsmi qurumunda təmsil olunmurlar.
Türkiyənin Azərbaycandakı səfirliyi bu barədə məlumatın qaynağının Ermənistan tərəfi olduğunu bəyan edib.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!