Modern.az

İlyas İsmayılov da Facebook-a gəldi

İlyas İsmayılov da Facebook-a gəldi

3 Avqust 2012, 13:17

Daha bir millət vəkili bundan sonra sosial şəbəkədə görünəcək. Ədalət Paryitasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılovun Facebook sosial şəbəkəsində səhifəsi açılıb.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən açıqlamaya görə səhifənin yaradılmasında məqsəd İ.İsmayılovun vətəndaşlarla ünsiyyətinə dinamiklik gətirməkdir.
“İlyas müəllim mediaya açıq siyasətçidir, davamlı olaraq açıqlama və müsahibələr verir. Bu səhifəni yaratmağımızda məqsəd isə İlyas müəllimin həm partiya sədri, həm millət vəkili, həm də ictimai və dövlət xadimi kimi təcrübəsi, gündəlik fəaliyyəti ilə bağlı xalqımızı interaktiv məlumatlandırmaqdır” – deyə mətbuat xidmətindən bildiriblər.



Modern.az   

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?