Modern.az

Ötən il nə qədər müəllim iş yerini dəyişib?

Ötən il nə qədər müəllim iş yerini dəyişib?

2 Yanvar 2021, 18:24

2020-ci ildə müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanan müəllimlərin sayı məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.

 

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib.

 

Müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq, müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.

 

Eyni zamanda, Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən, 1565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib.

 

Pandemiya dövründə müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində “Virtual məktəb” layihəsi çərçivəsində 25 min müəllim üçün onlayn təlimlər təşkil edilib.

 

Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib.

 

2020-ci  təqvim ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 127 550, aktiv istifadəçi sayı 1 123 126 təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir