Modern.az

Ermənistan Qarabağdakı itkilərini AÇIQLADI

Ermənistan Qarabağdakı itkilərini AÇIQLADI

Qarabağ

2 Yanvar 2021, 22:53

"1 yanvar tarixindək Dağlıq Qarabağda həlak olan 3330 nəfərin qalıqları ilə bağlı məhkəmə-tibbi ekspertizası aparılıb".

 

Modern.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqhosyan feysbukda yazıb.

 

Onun sözlərinə görə, döyüş əməliyyatları başlayandan - 27 sentyabr tarixindən bu yana 1441 ölmüş hərbçidən genetik material nümunələrin götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd (onlardan 66-sı son 10 gündə) müəyyən edilib.

 

 

Bildirilib ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin mütəxəssisləri genetik analizatorlardan istifadə edərək tədqiqatları davam etdirirlər.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir