Modern.az

803 yeni yoluxma: 2918 nəfər sağaldı

803 yeni yoluxma: 2918 nəfər sağaldı

3 Yanvar 2021, 17:46

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 220265 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 194843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib, aktiv xəstə sayı 22689 nəfərdir.

 

Ölkədə son sutka ərzində 6200 hazırkı dövrədək isə 2210426 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?