Modern.az

Tanınmış fotoqraflar Afrikaya niyə gedir? - FOTOLAR

Tanınmış fotoqraflar Afrikaya niyə gedir? - FOTOLAR

Dünya

4 Avqust 2012, 16:52

Tanınmış fotoqraf Eddi Adams deyirdi ki, şəkil yer üzərində olan ən möhkəm silahdır. Məhz fotorepartyorun çəkdiyi şəkillər həmin ərazidə olan müharibəni, aclığı daha aydın göstərə bilir. Bu baxımdan dünyanın tanınmış fotoqrafları daha çox Afrika qitəsinə üz tuturlar. Belə ki, son yarım əsrin ən güclü quraqlığı regionda humanitar vəziyyəti çox acınacaqlı hala gətirib. Mütəxəsislərin qiymətləndirmələrinə görə, Somali, Keniya, Efiopiya və Cibutidə son 50 ilin ən ağır qida böhranı yaşanır.


Aclıq artıq Somalinin 5 regionuna təsir edib və tezliklə ölkənin bütün cənub əyalətlərinə yayıla bilər. Minlərlə Somali vətəndaşı canını xilas etmək üçün Keniya və Efiopiyadakı çadır düşərgələrinə üz tutur. Ümumilikdə bu ərazidə 12.4 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir. Afrikada 4 uşaqdan biri qeyri-kafi bəslənir, saatda 300 uşaq aclıqdan ölür.
Afrikanın bəzi ölkələrində vəziyyət daha da pisləşib. Saatda 300, ildə təxminən 2 milyon uşaq aclıqdan ölür. Burada hər beş uşaqdan ikisi aclıq səbəbiylə kifayət qədər inkişaf edə bilmir. Bu, qitə daxilində 60 milyon uşaq deməkdir....

Daha çox əziyyət çəkən isə Somali vətəndaşlarıdır. Əgər tədbir görülməzsə, 2025-ci ilə qədər 450 milyon uşaq aclıqdan öz həyatını itirə bilər.

Tanınmış fotoqraflar Afrikadan çəkdiyi şəkilləri Avropa, Amerikada baha qiymətə satırlar. Çünki çəkilən fotolar daha çox həqiqəti özündə əks etdirir. İndiyə kimi dünyanın tanınmış qəzetləri Afrikadan çəkilən şəkillərə bir neçə min dollar xərcləyiblər və buna davam edirlər. Bəzən elə olur ki, burada şəkil çəkən fotoqraf öz fotosu ilə şöhrət qazana bilir.
Elə fotoqraf Kevin Karter kimi. Məşhur “Sudanda aclıq” fotosunun müəllifi K.Karter CAR-dan olan bir fotoqraf idi. 1993-cü ildə Sudanı aclıq faciəsi bürüdüyündə Kevin həmin bölgəyə şəkillər çəkməyə yolalanmışdı. Burada elə bir şəkil çəkdi ki, onunla şöhrət qazandı. Arzu edə bilmədiyi hədiyyəni - “Pulitzer” mükafatını aldı.
Belə ki, o “Sudanda aclıq” adlı şəklində heç kimin - nə özünün, nə də başqalarının tanımadığı bir qızcığazı əks etdirmişdi. O kənddə aclıqdan tələf olan insanları, cəsədləri çəkdikdən sonra kəndi tərk edərkən kolluqda bir uşaq səsi eşidir. Görür ki, taqətsiz bir qız çömbəlib və hıçqırır. O qız uşağı ac və son nəfəsindəymiş. Fikir verir ki, orada kərkəs quşu da dayanıb. Quş gözləyir ki, qız nə vaxt öləcək və o öz şikarını yeməyə başlayacaq. Karter isə bu kadrları lentə alıb oradan uzaqlaşır. Kevin bu məqamda qıza yardım da edə bilərdi. Çünki yaxınlıqda yardım düşərgəsi mövcud idi. Bu hadisə sonralar onun vicdanını sızlatdı. Elə sızlatdı ki, özünün də dediyi kimi, onu təqib edən yaralı, xəstə uşaqlarla bağlı acı xatirələrə dözə bilmədi. Mükafatı aldıqdan 2 ay sonra (1994-cü il 27 iyul) o özünə qəsd etdi. Kevin Karter haqqında yazan “Tayms” jurnalı qeyd etmişdi ki, “onun həmin yırtıcı quşdan heç bir fərqi yoxdur.”








Anar K
əlbiyev
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?