Modern.az

Son sutkada dünya 7 min insanı koronavirusdan itirib

Son sutkada dünya 7 min insanı koronavirusdan itirib

5 Yanvar 2021, 08:50

Son sutka ərzində dünyada 583 907 nəfər koronavirusa yoluxub, 7 957 nəfər isə vəfat edib.

Modern.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yoluxmanın 57 faizdən çoxu Şimali və Cənubi Amerikanın (337 231) payına düşür. Digər yerləri isə Avropa (173 812), Cənub-Şərqi Asiya (26 868) bölüşür.

Ümumilikdə dünya üzrə koronavirusa 83 910 386 yoluxma faktı qeydə alınıb. Ölənlərin sayı isə 1 839 660 nəfərə olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir