Modern.az

Türkiyə iki ölkə arasında sərhədlərin açılmasını alqışladı

Türkiyə iki ölkə arasında sərhədlərin açılmasını alqışladı

5 Yanvar 2021, 08:58

Türkiyə Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılmasını alqışlayır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Bəyanatda bildirilir: "Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılması ilə bağlı əldə olunan razılığı alqışlayırıq.Bu razılaşma Fars Körfəzi bölgəsində 2017-ci ilin iyunundan bəri davam edən qarşıdurmanın nizamlanması istiqamətində əhəmiyyətli bir addımdır".

 

Nazirlik Fars körfəzində fikir ayrılıqlarının "hərtərəfli və qalıcı" həllinə ümid etdiyini də qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi