Modern.az

Avtobuslarda gediş haqları artacaq? - Bakı Nəqliyyat Agentliyi CAVAB VERDİ

Avtobuslarda gediş haqları artacaq? - Bakı Nəqliyyat Agentliyi CAVAB VERDİ

5 Yanvar 2021, 09:37

Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

 

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

 

 

M.Ağayevin sözlərinə görə, bu məsələ hazırda gündəmdə deyil:

 


«Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib».

 

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?