Modern.az

Stratfor: “Qarabağda müharibə başlaya bilər”

Stratfor: “Qarabağda müharibə başlaya bilər”

Təhsil

28 Yanvar 2010, 15:00

Qarabağda yeni  müharibə başlaya bilər. Modern.az-ın məlumatına görə, bu barədə Vaşinqtondakı Stratfor araşdrmalar mərkəzi xəbərdar edib. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son Soçi görüşünə toxunan Mərkəz qeyd edir ki, separatçı Qarabağ regionunda yenidən gərginlik artır. Tərəflərin qarşılıqlı surətdə hərbi bəyanatları regionda yeni müharibə ilə nəticələnə bilər.

Stratfor-un Avrasiya üzrə təhlilçisi Marko Papiç “Qafqaz: müttəfiqlər və rəqiblər” adlı məqalədə qeyd edib ki, Rusiya, Türkiyə, İran münaqişənin onların nəzarətindən çıxması təhlükəsi ilə üzləşə bilərlər. Onun sözlərinə görə, Qarabağ mövzusu Türkiyə- Ermənistan münasibətləri üzrə normallaşma prosesi başlandıqdan sonra yeni də diqqət mərkəzindədir. Türkiyə-Ermənistan yaxınlaşması Türkiyənin tərəfdaşı, vacib ererji tədarükçüsü olan Azərbaycanda narahatlıqla qarşılanıb. Popoviç hesab edir ki. regiondakı vəziyyət coğrafi amillərlə sıx bağlıdır. Azərbaycan və Ermənistan 3 regional ölkə - şimalda Rusiya, qərbdə Türkiyə, cənub-şərqdə isə İranla əhatə olunub. Buna görə də bu dövlətlər arasında qarşılıqlı münasibətlər Azərbaycan və Ermənistan ətrafındakı vəziyyətdən asılı olacaq.   

 

Qarabağın taleyi təkcə regional  ölkə kimi Türkiyənin səyləri ilə deyil, həm də Rusiyanın İran və Ermənistan tarixi alyansına təsiri, eləcə də Avropada energetik təhlüksizliklə sıx bağlıdır.

 

İttifaqlar və düşmənlər şəbəkəsi isə diplomatik sahədə proqres əldə olunmasına mane olur. Çünki bütün iri dövlətlər nizamlama prosesinə təsir etməyə cəhd edir.

 

Problemin əvvəlindən Rusiyanın münaqişədə marağı onunla bağl idi ki,  Moskva Türkiyəni bu həll olunmaz münaqişəyə cəlb etmək istəyirdi. Bu doğrudan da Rusiyanın özünün çox  azad hiss etdiyi regionda Türkiyənin vaxtını və enerjisini alır. Rusiya hiss edir ki, nə Azərbaycana, nə də Ermənistana təsr imkanlarını  itirib. Bundan başqa, Azərbaycan astaca Rusiya ilə yaxınlaşmağa doğru gedir, bundan əlavə, rəsmi Bakı Türkiyənin Ermənistanla apardığı danışıqlarda  maraqlarının  nəzərə alınmadığını hiss edir.

 

Gərginlik səviyyəsi çox yüksəkdir, çünki regional oyunçuların ən bacarıqlı strategiyasının belə, Qarabağa yerli səviyyədə münaqişəyə yol açması riski böyükdür.

 

“Situasiya nəzarətdən çıxa bilər, heç də ona görə yox ki, bunu Rusiya, Türkiyə və İran istəyir, sadəcə ondan ki, Ermənistan – Azərbaycan münaqişəsinin daxili dinamikası üstünlük qazana bilər. Və biz 1914-cü ildə Bosniyada yerli münaqişənin dünya müharibəsinə yol açdığı situasiya ilə üzləşə bilərik”,-deyə Straftor bədbin proqnozunu verir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!