Modern.az

Yoluxma və ölüm sayı AZALDI

Yoluxma və ölüm sayı AZALDI

6 Yanvar 2021, 16:28

Azərbaycanda bu gün koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 26 nəfər “COVID-19”dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 222200 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 201596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib, aktiv xəstə sayı 17786 nəfərdir.

 

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 9364, hazırkı dövrədək isə 2231993 test aparılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı