Modern.az

Koronavirusa yoluxan tarixçi ECMO cihazına qoşulub

Koronavirusa yoluxan tarixçi ECMO cihazına qoşulub

Aktual

6 Yanvar 2021, 19:46

Koronavirus səbəbilə FHN-nin Zığdakı modul tipli xəstəxanasında süni nəfəs aparatına qoşulan tanınmış tarixçi alim Dilavər Əzimlinin vəziyyəti kritikdir.

 

Modern.az-ın məlumatına görə, D.Əzimlinin sağlıq durumunun kritik olması ilə bağlı onun dostları, media nümayəndələri, alimlər öz narahatlığını sosial şəbəkədə bölüşüblər.

İctimaiyyət nümayəndələrinin, ayrı-ayrı partiya sədrləri və jurnalistlərin ölkə başçısına müraciətindən sonra xəstəxanada Dilavər Əzimliyə diqqət artırılıb.


Dostlarının bildirdiyinə görə, artıq Dilavər Əzimli ECMO cihazına qoşulub. İctimaiyyətin narahatlığı diqqətə alınıb və ona həkim nəzarəti gücləndirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır