Modern.az

ABŞ Konqresində atışma 

ABŞ Konqresində atışma 

7 Yanvar 2021, 00:30

ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.

 

Modern.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.

 

Qeyd edilir ki, Konqres üzvləri binadan təxliyyə ediliblər.

 

Müxtəlif nəşrlərin jurnalistləri hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.

Yerli radionun verdiyi məlumata görə, silahlı Kapitoli polisi etirazçılardan Konqresin binasını tərk etməyi tələb edib.

PBS telekanalı isə mənbəyə istinadən Konqres binasında atışmanın baş verdiyi bildirib. Qeyd edilir ki, etirazçılardan biri odlu silahdan açılan atəşlə sinəsindən yaralanıb.

 

Öz növbəsində Vaşinqton meri Myuriel Bouzer vəziyyətə nəzarət etmək üçün Milli Qvardiya bölmələrini Konqresə göndərməyi xahiş edib. NBC telekanalı bildirib ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də analoji müraciətlə çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?