Modern.az

“Tarixin ən qara günlərindən biri” – ABŞ-dakı hadisələr dünyanı ŞOKA SALDI

“Tarixin ən qara günlərindən biri” – ABŞ-dakı hadisələr dünyanı ŞOKA SALDI

7 Yanvar 2021, 14:20

Ötən gün Trampın tərəfdarlarının Vaşinqtona gedərək bütün qanunverici orqanların yerləşdiyi Kapitoli binasını ələ keçirmək cəhdi bütün dünyanı şoka saldı. Əksər siyasi qüvvələr və KİV hadisəni demokratiyaya hücum və postunu tərk etməkdə olan Donald Trampın ən böyük siyasi səhvi sayır.

 

Modern.az bir sıra KİV-in reaksiyasını təqdim edir.

 

“Times” qəzeti keçmişə nəzər salaraq ilk ABŞ prezidenti Corc Vaşinqtonun addımı yada salır. O 2 müddətə prezident seçkildikdən sonra məhdudiyyətsiz hakimiyyətə qala bilməsinə baxmayaraq, 1797-ci ildə postunu tərk etmişdi. Ölkədə 2 müddətdən artıq ardıcıl prezident seçkilməklə bağlı məhdudiyyət yalnız 1951-ci ildə Konstitusiyanın 22-ci maddəsinə edilən düzəlişdən sonra qüvvəyə minmişdi. Amma monarx olmaqdan imtina edən Vaşinqtonun könüllü postunu tərk etməsi ABŞ-da gələcək konstitusion demokratiya ənənələrinin möhkəmlənməsinə zəmin yaradıb.

 

“Times”-ın fikrincə, Tramp son addımları ilə hakimiyyətin dinc yolla təhvil verilməsini testini verə bilməyib. Əksinə, öz çıxışları ilə tərəfdarlarını Konqresin binasına daxil olmağa sövq edib.

“Əgər Vaşinqton addmıları ilə ABŞ-ı möhkəmləndirirdisə, Trampın addmıları ABŞ-ı zəifləmiş dövlərə çevirdi”.

 

Britaniyanın “Guardian” qəzeti isə Trampın dövlət çevrilişinə cəhd etdiyi yazır.

“Baş verənlər Baydenin prezidentliyinin legitimsizləşdirilməsi idi və onun yeni administrasiyasını zəiflətməyə hesablanmışdı”.

 

“New York Times” Trampın 4 illik hakimiyyət dövrünün “qəzəb, şübhə və qalmaqallar” dövrü kimi yadda qaldığını yazır. Baş verənlər isə məğlub olmuş lakin bunu etiraf etmək istəməyən eqoist siyasətçinin istəyi ilə baş verib.

“İstənilən halda, 6 yanvar hadisələri ABŞ tarixinin qara ləkəsidir. Qəfildən ABŞ-ı banan respublikaları ilə müqayisə etməyə başladılar və qonşu dövlətlər də baş verənlərdən narahatlıq keçirdi”.

 

Son nöqtəni isə Trampı dəstəkləyən “Fox News” telekanalının aparıcısı Deroy Merdok söyləyib. Onun fikrincə, son hadisələr Trampin 4 ildə gördüyü bütün yaxşı işlərin üstündən xətt çəkdi.

 

“Bu axmaqlar prezident Trampla qürur duyan milyonlarla insanın həyatını çətinləşdirdi. İndi ABŞ tarixində ən yüksək gəlirlər, ən aşağı yoxsulluq faizi, İŞİD-in tam süqutu və COVID-19-a qarşı 9 ayda 2 peyvəndin yaradılması ilə bağlı arqumentə “siz, tərəfdarları Kapitolini ələ keçirən axmağı nəzərdə tutursunuz?”-deyə sual verəcəklər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir