Modern.az

Dövlət Xidmətindən sahibkarlara polietilen torba xəbərdarlığı

Dövlət Xidmətindən sahibkarlara polietilen torba xəbərdarlığı

Aktual

7 Yanvar 2021, 16:50

Mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə, qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət məqsədilə  müvafiq Tədbirlər Planı hazırlanır:

"Tədbirlər Planına uyğun olaraq, nəzarət tədbirlərinin həyata keçirilməsi təmin ediləcək.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərini bu məhsulların istehlak bazarına çıxarılması zamanı mövcud qanuverciliyin tələblərinə riayət etməyə çağırır".

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur:

"Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!