Modern.az

Mərkəzi Bankın Vətən müharibəsindən qayıdan ƏMƏKDAŞLARI

Mərkəzi Bankın Vətən müharibəsindən qayıdan ƏMƏKDAŞLARI

8 Yanvar 2021, 16:36

Vətən müharibəsində iştirak edən Mərkəzi Bank əməkdaşları vətən qarşısında borclarını şərəflə yerinə yetirərək, iş yerinə qayıdıblar. Qurumdan Modern.az-a verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşüb.

E.Rüstəmov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə əbədi həkk olunan böyük zəfər çalıb.

E.Rüstəmov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımıza Allahdan rəhmət dilədi, xalqımızın qəlbində əbədi yaşayacaqlarını bildirib.

Rəsmi məlumata görə, Mərkəzi Bankın 14 əməkdaşı da Vətən müharibəsində iştirakla bağlı ordu sıralarına cəlb olunub. Onlardan 5 nəfəri təlimlərdə iştirak etdikdən sonra ehtiyata buraxılıb, 3-ü zabit olmaqla 9 nəfər isə İkinci Qarabağ müharibəsinə qatılaraq cəbhədə hərbi əməliyyatlarda bilavasitə iştirak edib.

Əməkdaşlardan bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə, həmçinin döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə görə fəxri fərmanla təltif olunub.

Baş bankir deyib ki, biz onların timsalında tarixi zəfərimizin qazanılması uğrunda şərəfli döyüş yolu keçən, qələbəyə öz töhfələrini verən bütün qəhrəman vətən övladları ilə fəxr edirik.

Onlara öz təşəkkürünü və xoş arzularını çatdırıb, bütün xalqımızın, o cümlədən Mərkəzi Bank kollektivinin onlarla qürur duyduqlarını bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir