Arxiv
9 Yanvar 2021, 11:40 | ƏDƏBİYYAT
Yaşamaq naminə YAŞMAQLANAQ

Nə vaxtsa səslənəcək “Koronavirusa vida şərqisi” üçün

 

             
 “Avropada koronavirus hər 17 saniyədə bir nəfəri öldürür”. Bu sətir  internet saytlarında, mətbuat səhifələrində tirajlanır, radio-televiziya  efirlərində də təsdiqlənib səslənirdi.  Təqvimdə isə    26.11.2020-ci ildi. Sonrakı günlərdə bu yöndə daha sərt, acınacaqlı rəqəmlər sadalandı. Amansız bəlaya yoluxanların, virusa mübtəla olub dünyasını dəyişənlərin sayı dalğa-dalğa daha da çoxaldı.  Amma insanlar üçün belə məlumatlar ötən günlərdəki sayaq qəfil deyil.  Nədən ki, Ümumdünya Səhiyyə Təşkilatı  hər tərəfə sirayət etmiş bu fəlakəti artıq qorxunc pandemiya elan etmişdir.  Həm də neçə aydır ki, planetimizin sakinləri bu tərzdə üzücü xəbərləri hər gün yazılı mətnlərdən oxumaqla, radio dalğalarından dinləməklə yanaşı,  tele təsvirlərdə də bu bəlanın statiskası, yayılma dalğasının sürətini əks etdirən cədvəli görürlər.  Nədir bu  amansız virus?

          
Koronavirus əvvəlki bəlli viruslardan daha müdhişdir. İddia olunur ki, “Corona 19» adlanan bu əzazil  təbii deyil.  İblis xislətli nakəslərin yaramazlıqlarının  törəməsidir. Süni qaydada hasilə gətirilib. Onu haradasa,  hansısa mübhəm laboratoriyada bəd niyyətlə yetişdirib, rəzil niyyətlə planetimizin  əhalisini bəlaya salıblar. İlk təməl məkanı dəqiq deyil. Güya birinci olaraq Çində baş qaldırıb, sonradan İtaliyada aşkarlanıb və sürətlə, demək olar bütün qitələrə yayılıb.    

    
Bu nadürüst nə dil bilir, nə dərman. Nə din bilir,  nə fərman. Gözə görünmür, səsi eşidilmir. Hənirtisi yoxdur. Hardan gəlir, necə gəlir duyulmur. Nə ömrə acıyır, nə yaşa. Körpəyə də rəhm etmir, qocaya da. Şəfəqdən də  çəkinmir, zülmətdən də. Nə nəmə fərq qoyur, nə quruya.   Üzür gəlir, qaçır gəlir,  bilinmir. Nə iyi var, nə qoxusu. Qorxu  anlamır,  yalvarış eşitmir. Qoca-cavana, uşaq-qadına baxmır.  Kimsəyə rəhm eləmir. Qanun da tanımır, Tanrı da. Zərrədirmi, mayedirmi, gözə görünmür. Ədəbi də yoxdur, mərifəti də. Ruhdur, ilğımdır, kabusdur, nədirsə bir bəladır sarınıb   bəşəriyyətə.  Yer  ondan həzərdir, göy  ondan bezar.

    
Bəşər övladı bu dinsiz-imansız gözəgörünməzlə mübarizədə hələ ki, acizdir. Onu məhv etmək, ya da “sağa-sola, qənşərə-arxaya ölümcül qılınc çarpmasının” qarşısını almaq yolunda çox vasitədən istifadə edir. Lakin nə elm, nə təbiət vasitələri  bu bəlanın ləğvinə nail olub.  Odur ki,  bu əcaib virus  öz rəzil, yaramaz  əməlləri ilə “at oynadır”. XX əsrdə Sovetlər Birliyi adlanan nəhəng dövlətin bütün mətbu orqanlarının “kəllə”sində gur səslə hayqırılan, ilk ifadəsi olan “Bütün dünya  proletarları, birləşin!” çağırışına insanlar haqlı olaraq məhəl qoymadı.  Amma bizim günlərdə Yer üzünün bütün sakinləri çağırışsız, şüarsız, bir amal—“Corona-19”u məhv etmək  uğrunda  mübarizədə birləşib.  Həm də müstəsna haldır ki, həmin bəlaya qarşı ümumdünya mübarizəsində dininə, millətinə, irqinə, yaşadığı coğrafi məkana, cinsinə fərq qoymadan  hər kəs yekdil qaydada həmrəydir.  Çarəsizlik ucbatından hamı əlacı Maska taxmaqda görür. Axı, Bəşəriyyət   bu “qansızdan”  hələ yaxa qurtarmayıb.   Sanki insanlar   gözəgörünməz “Corona 19”un həyasızlığı qarşısında mütiləşib.  Ya da abrına sığınaraq həyalanıb, o səbəbdən ağız-burnuna “yaşmaq” sayaq maska taxıb...      

    
MASKA—bu elə bizim ismətli cuvanəzənlərin ağız-burunlarına çəkdikləri YAŞMAQ deyilmi? Elədir ki, var! Bəli, həmin örtükdür ki, yaşamda tərk etdiyimiz, danışıqda da bir çox sözlər kimi arxaik qəbul edib   dilə gətirməyi yadırğadığmız YAŞMAQdır. Aramızda “Yaşmaq” ifadəsini, yaşmağın özünü də  köhnəlik timsalı sanan, az qala leksikamızdan kənarlaşdırmaq istəyənlər heç də az deyil. Təəssüf!..  Axır illər yaşmaqlanmaq köhnəlik kimi başa düşülür.  Yaşmağın –özü də, sözü də   arxaizmlər  cərgəsinə məhkum edilib.  Bu  amil səbəbindən indi  bəzi “xanımlar” yaşmaqlanmağı qəbahət bilirlər. Üstəlik  bəzənib-düzənmədə ifrata varırlar. Öz ağız-burunlarına tibbi əməliyatla gərəksiz qədər süni “düzəliş” verməklə əndazəni aşırlar. Anlamaq istəmirlər ki, bu tərzdə “bəzənib-düzənmə”  çox adamda ikrah doğurur. Qız-gəlinlərımız onsuz da özündən süslü-gözəldir.     Milli əxlaq qaydalarımızın bu tərzdə tapdanmasına  dözə bilməyib əndişələnənlər haqlı olaraq gileylənib, dillənirlər: Sevimli qız-gəlinlərimiz, sizlər onsuz da İlahidən verilən qədər, süsən-sünbül sayaq gözəlsiniz! Süni bəzəyi neynirsiniz?   Yaxşı ki, koronavirus   belələrinin süni  ağız-burunlarını aşkara çıxarmasına, maskalanma qaydasiyla qadağa qoyub...

   
Bizdən əvvəlki nəsillər, ağbirçəklərimiz-ağsaqqallarımız yaşam tərzimizdə, xüsusilə ailə davranışında, tərbiyəsində  YAŞMAQlanmağı nəcib  əxlaq təcəssümü kimi qiymətləndirirdilər. Gənc analar, təzə gəlinlər, nişanlı qızlar yaşmaqlanmaqla böyüklərdən, xüsusilə qaynata-qaynanadan abır-həya saxlayırdılar. İşvəli nazənin  gözəllər yaşmaqla  ağız-dodaqlarını naməhrəm   gözlərdən yayındırıb qoruyurdu.   Klassik ədəbiyyatımızda zəriflik, həya-ismət  rəmzi kimi təsvir-təqdim edilirdi Yaşmaq. Bu baxımdan Koronavirus, hər cür yaramazlıqları ilə yanaşı məişətimizdə, yaşam tərzimizdə, həyatımızda unudulmaqda olan “YAŞMAQ” məsələsini önə gətirib.  “YAŞMAĞA” başqa adla yeni həyat verib. Onu arxaiklər dəstəsindən çıxarıb, yeni adla neologizmlər dəstəsinə qaytarıb.   MASKA adıyla Yer kürəsi vətəndaşlarına yeni tərzdə tanıtdırıb. YAŞMAğı beynəlxalq standart etalonu səviyyəsinə qaldırıb. İndi onu dünya ölkələri hamılıqla qəbul eləyir. Həm də heç bir milli, irqi, cinsi müxtəlifliklərə fərq qoymadan. Odur ki, bu gün sosial vəziyyətindən, siyasi mövqeyindən, vəzifə səlahiyyətlərindən asılı olmadan hər kəs bizim nazənin gözəllərin “yaşmağına” bürünür. Hətta heç kimlə  hesablaşmayan, bəzən də Fironluq iddiasında olan ayrı-ayrı prezidentlər də, cocuq məktəblilər də  MASKA taxmağa məhkumdurlar.

          
Bir ilə yaxındır insanlıq qəfil, həm də namərdliklə baş qaldırmış  Corona-19-a qarşı  mübarizə aparır. Hələlik səmərə yoxdur. Çarəmiz koronaya yoluxma sayını minimuma endirmək naminə məsləhət bilinən  mübarizə qaydalarına əməl etməkdir. Tövsiyə olunan üsullar isə çox sadə, hamının bacara bildiyi əməllərdir. Nə qədər  ki, bu müdhiş virusa qarşı əks təsirli vaksinlər icad olunmayıb özümüz fəal olmalıyıq. Mütləq  maska taxmaq, yəni yaşamaq naminə yaşmaqlanmaq gərəkdir. Maska dediyimiz yaşmağı  çənəyə yox, qaldırıb burnumuza  da bürüməliyik. Bir-birimizlə, xüsusilə dost-tanışla  qarşılaşanda qucaqlaşmaq, əl-ələ vermək də hələlik məsləhət bilinmir.  Yallı rəqsi oynamırıq ha. Sadəcə ehtiram, xoş təbəssümlə kifayətlənək. Həm də hər zaman və  hər məkanda bir-birimizdən məsafə saxlayaq.   Gigiyena tələbləri sağlamlığımız, virusdan qorunmaq məsələsində xüsusilə mühüm cəhətdir, ona ciddi diqqət yetirməliyik. Alimlər, məşhur tibb mütəxəssisləri bildirirlər ki, bu qaydalara əməl olunsa  gözəgörünməz koronavirus elə gözə görünmədən  qeybə çəkilər.  

     
Məsləhət bilinən çağırışa hamılıqla qoşulaq.   Həm fərdi qaydada, həm də Yer  planeti vətəndaşları ilə birlikdə,  elliklə mübarizəyə girişək, topalanmamaq şərtilə! Bu yolla özümüzü də, ailəmizi də, həm də ətrafımızdakı  insanları koronavirusa yoluxmadan qorumuş olarıq.  Haydı! Fəal, məsuliyyətli, ardıcıl olaq!


Rafiq HƏSƏNOV,  
veteran jurnalist

30 noyabr 2020-ci il

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO 22 Yanvar 2021, 17:00 Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir 22 Yanvar 2021, 16:55 Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO 22 Yanvar 2021, 16:50 Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib 22 Yanvar 2021, 16:45 Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı 22 Yanvar 2021, 16:40 Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? – Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22 Yük avtomobilindən 38 ədəd “Iphone 12” götürüldü - VİDEO 22 Yanvar 2021, 14:16 Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək - Şöbə müdiri 22 Yanvar 2021, 14:10 Xüsusi təhsil müəssisələrinin fəaliyyəti bərpa oluna bilər 22 Yanvar 2021, 14:05