Modern.az

Dəhşətli təyyarə qəzası: 65 ölü

Dəhşətli təyyarə qəzası: 65 ölü

9 Yanvar 2021, 18:58

İndoneziyanın "Sriwijaya Air" şirkətinin sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Detik xəbər portalı bildirib.

İndoneziyanın nəqliyyat naziri Budi Kariya Sumadi təyyarənin qəzaya uğramasını təsdiqlədi: "Qəza Laki adasının yaxınlığında baş verib".

Onun sözlərinə görə, göyərtədə ən azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub. Nazir təyyarədə 10 uşaq arasında üç körpə olduğunu bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir