Modern.az

“Dünya Amerikaya gülür” - Trampın oğlu

“Dünya Amerikaya gülür” - Trampın oğlu

Dünya

9 Yanvar 2021, 21:00

"Dünya Amerikaya gülür, Mao, Lenin və Stalin gülümsəyir. Böyük texnoloji şirkətlər prezidentə senzura edə bilərlərmi? Söz azadlığı ölüdür və güclü solçular tərəfindən idarə olunur".

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın hazırkı prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp özünün sosial media hesabında atasının tvitter hesabının bloklanmasına münasibət bildirərkən yazıb.

 

Xatırladaq ki, tvitter "şiddətə daha çox təhrik etmə riski" səbəbindən Prezident Donald Trampın hesabını daimi olaraq dondurduğunu elan edib. Tvitterdən öncə "Facebook", "Instagram" və digər sosial şəbəkələr də Trampın profillərinə girişi bağlayıb.

 

Turan ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər