Modern.az

\"Boeing 737\"nin düşdüyü yerdə cəsədlər və metal qırıntılar aşkar edildi

\

10 Yanvar 2021, 08:35

İndoneziyada qəzaya uğramış “Boeing 737” tipli sərnişin təyyarəsinin qalıqlarının tapıldığı yerdən insan cəsədlərinin hissələri, geyimlər və təyyarənin metal qırıntıları xilasedicilər tərəfindən Yava dənizindən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi rəsmi qurumlara istinadən məlumat yayıb.

 

Milli Axtarış-Xilasetmə Agentliyinin rəhbərinin sözlərinə görə, həmin hissələr və detallar Lankanq və Laki adaları arasında tapılıb.

 

İndoneziyanın nəqliyyat naziri Budi Kariya Sumadi jurnalistlərə açıqlamasında bildirib ki, təyyarənin düşdüyü yer müəyyən edildikdən sonra bütün qüvvələr axtarış işləri üçün oraya göndərilib.

 

Hərbçilər hidrolokasiya qurğusu vasitəsilə təyyarə radarlardan itməzdən əvvəl pilotların son əlaqə qurması anından etibarən məlum olan koordinatlara uyğun yeri müəyyən edə bilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!