Modern.az

Britaniyalı zənginlər vaksinasiya üçün Dubaya üz tutur

Britaniyalı zənginlər vaksinasiya üçün Dubaya üz tutur

10 Yanvar 2021, 09:17

Böyük Britaniyada zənginlər öz ölkələrində vaksinasiya növbəsini gözləməyərək Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a qarşı peyvənd olunur.

 

Modern.az xəbər verir ki, bu barədə “Daily Telegraph” nəşri məlumat yayıb. Bildirlir ki, zənginlər Dubayda peyvənd olunmağa daha çox üstünlük verirlər. 

 

Dubay şəhərindəki klinikaların müştərilərinə ABŞ-ın “Pfizer” peyvəndini təklif etdiyi qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir