Modern.az

Yava adasında torpaq sürüşməsi 11 can aldı

Yava adasında torpaq sürüşməsi 11 can aldı

10 Yanvar 2021, 09:51

Yava adasında baş vermiş torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb, daha 18 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” İndoneziyanın təbii fəlakətlərin aradan qaldırılması üzrə milli agentliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

 

“Birinci sürüşməyə güclü yağış və torpaq qatının davam gətirməməsi səbəb olub. Növbəti sürüşmə xilasedicilər hələ ilk sürüşmə zonasından zərər çəkmişləri təxliyyə edərkən baş verib”, - agentliyin açıqlamasında belə deyilir.

 

Ölən və xəsarət alanların sayı dəqiqləşdirilir. Güclü yağış axtarış və xilasetmə işlərini çətinləşdirə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır