Modern.az

Fond iş otaqlarına işğaldan azad olunan rayonların adlarını verdi

Fond iş otaqlarına işğaldan azad olunan rayonların adlarını verdi

10 Yanvar 2021, 12:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı maraqlı addım atıb: Filialın iş otaqlarına işğaldan azad olunan doğma yurd yerlərimizin adları verilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, otaqlar Qarabağ, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Xudafərin, Həkəri, Tuğ və s. adlandırılıb.

 

Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Surxay Nosuyevin atası, əslən Zəngilan rayonundan olan əməkdaş Əbdül Nosuyevin iş otağına isə “Zəngilan” adı verilib.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir