Modern.az

Talibanın mövqeləri bombalandı: 12 mülki şəxs öldü

Talibanın mövqeləri bombalandı: 12 mülki şəxs öldü

10 Yanvar 2021, 13:51

Ötən gecə Əfqanıstanın Nimroz əyalətində aviazərbə nəticəsində 12 mülki şəxs ölüb.

 

Modern.az-ın “Tolo News” telekanalına istinadən verdiyi məlumata görə, bunu əyalət Şurasının rəhbəri Məhəmməd Nəsir bildirib.

 

Munaziri kəndinə endirilən aviazərbə nəticəsində 12 mülki şəxs ölüb. Həmin ərazidə “Taliban” Hərəkatının mövqelərinə də hücum olub, ancaq məhv edilən taliblər barədə məlumat yoxdur.

 

Əfqanıstan təhlükəsizlik qüvvələri hələlik Nimroz əyalətində aparılan əməliyyat barədə hər hansı informasiya açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir