Modern.az

İranda daha 71 nəfər koronavirusdan həyatını itirdi

İranda daha 71 nəfər koronavirusdan həyatını itirdi

Dünya

10 Yanvar 2021, 15:51

İranda ötən sutka ərzində 71 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56171 nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5968 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1286406  nəfərə çatıb. Virus daşıyıcılarından 4664 nəfərin vəziyyəti ağırdır.

 

İranda indiyədək 1074887 nəfər koronavirusdan sağalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?