Modern.az

London meri həyəcan təbili çalır

London meri həyəcan təbili çalır

10 Yanvar 2021, 18:05

London meri Sadiq Xan koronavirusa yoluxanların sürətlə artdığını və xəstəxanaların yaranmış vəziyyət qarşısında aciz qaldıqlarını bildirib.

 

Modern.az "SKY" istinadla xəbər verir ki, mer vəziyyətin həyəcan təbili çalmağa əsas verdiyini deyib.



"COVID-19 London xəstəxanalarını adekvat olmamaqla təhdid edir. Baş verənlər həyacanvericidir. Ancaq bizim bunu dəyişmək, evdə qalaraq insanların həyatını xilas etmək imkanımız var. Bunu etmək insanların ölümcül xəstəliyə tutulmasının qarşısını alacaq", - deyən Sadiq Xan xəstəxanalarda 7 mindən çox pasiyentin müalicə aldığını vurğulayıb.



Qeyd edək ki, Böyük Britaniyada son sutka ərzində 1035 nəfər pandemiyanın qurbanı olub. Bununla da COVID-19-dan ölənlərin sayı 80 mini keçib. Virusa yoluxanların sayı isə 59 min 937 nəfər artaraq 3 milyyon 17 min 409-a yüksəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir