Modern.az

Vəkillər Kollegiyasının sədri hiddətləndi

Vəkillər Kollegiyasının sədri hiddətləndi

11 Yanvar 2021, 15:48


"Ölkədə 1844 nəfər vəkil var, barmaqla sayılası bir neçə kassasiya və əlavə kassasiya şikayətində diqqətsizlik olub, səhv aşkarlanıb. Bunu bütün vəkillərdən narazılıq kimi təqdim etməklə məsələni təhrif etmək kimə və nə üçün lazımdır?!"

Modetn.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov mətbuat üçün açıqlamasında bildirib.

A.Bağırov qeyd edib ki, məhz Kollegiyanın vəkillərinn şikayətləri əsasında hər il müxtəlif instansiya məhkəmələrin qəbul etdikləri minlərlə qətnamə, qərardad, qərar və hökmlər tam və ya qismən ləğv olunur, dəyişdirilir:

"Bəzən 3 hakimdən ibarət məhkəmə tərkibinin qərarı bir vəkilin əsaslı şikayəti əsasında ləğv olunur. Təbii ki, heç vaxt razı olmaram ki, bu, hakimlərin peşəkarlığının aşağı səviyyəsi ilə izah olunsun və cəmiyyətə bu cür təqdim edilsin. Səhv mümkündür və heçkəs səhvdən sığortalanmayıb"

Sədr məlumatı mətbuata ötürən vəkilləri qınayıb:

"İşçi qaydada yazışmanı və peşədaxili müzakirəni başqa istiqamətdə təhrif etmək qəti şəkildə yolverilməzdir. Bunu peşəkar jurnalistikaya yaraşdırmıram və bu məlumatı KİV-ə göndərən vəkil həmkarları daha məsuliyyətli olmağa, peşə maraqlarını şəxsi maraqlara qurban verməməyə və ciddiyyətə dəvət edirəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir