Modern.az

Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

Aktual

11 Yanvar 2021, 16:45

Bu gün müsavatçı Tofiq Yaqublunun apelyasiya şikayətilə bağlı keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə onun hüquqlarını müdafiə edən vəkil Aqil Layıcov məlumat verib.

 

A.Layıcovun sözlərinə görə, proses yanvar ayının 28-nə saat 15:45-də keçiriləcək.

 

Qeyd edək ki, Tofiq Yaqublu təxirə salınan məhkəmədən əvvəl yaydığı məlumatda aşağıdakıları bildirib:

 

“Ya həbs, ya da... Bu gün saat 16-da Bakı Apelyasiya Məhkəməsində Nizami rayon Məhkəməsinin mənim 4 il 3 ay azadlıqdan məhrum edilməmlə bağlı hökmündən apelyasiya şikayətimə baxılacaq. Ya həmin qərar qüvvədə saxlanılır və mən məhkəmə zalında həbs olunuram, ya da ki, bilmək olmur nə. Bircə onu deyə bilərəm ki, həbsə hazıram və məhkəməyə hazır gələcəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?