Modern.az

Baş nazirdən tikinti ilə bağlı QƏRAR

Baş nazirdən tikinti ilə bağlı QƏRAR

Aktual

11 Yanvar 2021, 17:12

Baş Nazir ƏliƏsədov dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə qərar verib.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, Qərara dair izahda deyilir:

 

“Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyini və həmin metodun tətbiq edilməsi ilə bağlı elektron informasiya bazasının yaradılması üçün aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilməsi tələb olunan tədbirləri müəyyən edir

Qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.

Bu Qərarla yaradılan yeni mexanizm ölkənin tikinti sektorunda və dövlət sifarişlərinin həyata keçirilməsi prosesində şəffaflığın təmin olunmasına, neqativ hallaraimkan verən boşluqların aradan qaldırılmasına xidmət edəcək, bürokratik işi azaldacaq və prosesi sadələşdirəcək”.

 

 

Bununla yanaşı, qeyd edilib ki, Türkiyə Respublikasının mövcud təcrübəsindən istifadə etməklə  yeni smeta-normativ və qiymətqoyma sisteminin yaxın 2 il ərzində təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-metodik sənədlərin hazırlanması və yeni yaradılacaq  elektron informasiya sisteminə məlumatların avtomatik ötürülməsi üçün həyata keçirilməsi tələb olunan tədbirlər və onların icraçıları müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi