Modern.az

8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq - Prezident qanunu imzaladı

8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq - Prezident qanunu imzaladı

12 Yanvar 2021, 20:50

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib. 

 

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanda 8 noyabr Zəfər Günü qeyri-iş günü olan bayram günlərinə aid edilir.

 

Digər dəyişikliyə əsasən, hər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür. Həmin gün iş günü hesab edilir.

 

Qeyd edək ki, Əmək Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi