Modern.az

Gəldilər... gördülər... dünyaya göstərdilər

Gəldilər... gördülər... dünyaya göstərdilər

Mədəni̇yyət

13 Yanvar 2021, 16:12

Vətən savaşına başladığımız ilk gündən müqəddəs davamızda bizə yoldaş, bizə əsgər olmaq üçün, müharibəni öz gözləri ilə görmək üçün Azərbaycanın Qazaxıstandakı Səfirliyinə gedib  xahiş edən  dost ölkənin saysız  insanlarından 10 nəfəri bu şərəfə nail ola bildilər.  Yola  davamız başlayan gündən çıxmaq istəmişdilər.  COVİD -19 səbəbindən üçüncü-dördüncü dövlətlərin ərazisindən , karantin qaydalarına əməl etməkləri səbəbindən yalnız noyabrın 10-da gəlib çatdılar.  Qələbəmizə yetişdilər. 6 gün ərzində Gəncədə, Bərdədə, Tərtərdə, Şamaxıda və Bakıda gördüklərini “Qarabağ- Geri dönən xoşbəxtliyim” adlı filmdə cəmlədilər. Almas Altayın yaratdığı sənədli  40 dəqiqəlik filmə baxanda isə anladım ki, bu film bir həftənin təəsüratı deyil, əslində qardaş ölkənin insanının Azərbaycanın Qarabağ savaşı başladığı gündən bəri yığılan ağrılarının, sevinclərinin izharıdır.

Almas Altayın hazırladığı sənədli “Qarabağ-  Geri dönən xoşbəxtliyim” film heç təsadüfi deyil ki, Xarı bülbül haqqında əfsanə və reallıqla başlayır. Filmin ilk dəqiqələrində müəllif Qarabağlıların Vətəndə bitən bir çiçəyin həsrətindən necə xar olduqlarını izah etməyə çalışır.


Əslində belə genetik analyışlar və kodlar, daha çox yaranışın türk qövmünə aiddir. O türklərdir ki, Vətənin gülünü, çiçəyini, daşını sevirlər. Beləliklə də torpağı vətən və qibləgah edirlər. Vətənə bağlılığımızı , torpağa və yurda sevgimizi, birliyimizi yox etmək üçün bu türk ellərini hələ Stalin repressiyası və siyasəti nəticəsində 7 yerə bölüb, tikə-tikə etdilər. Bu bölünən türk elləri, yurdları və tayfaları isə hər zaman bir birliyimizin olacağına inandılar.


Zaman keçdi. Dilimizi, yurdumuzu, dinimizi, adət ,ənənəmizi unutmadıq. Türklüyümüzün əsasları, kökü Azərbaycanda  özünü çox büruzə verdiyindən yurdumuzu içəridən parçaladılar. 1923-cü ildə  Vətənimizin içərisindən daha bir xəritə çəkərək, Qafqaz regionunda təkcə Azərbaycanda vilayət yaradaraq, adını “Dağlıq Qarabağ Muxtar Vilayəti” qoydular. Ermənini Azərbaycanın quyruğuna qoşdular ki, bu türk yurdunun insanları nə zaman azadlıq istəsələr, yurdu-yuvası olmayan ermənilərdən istifadə etsinlər. Çünki əsrlər boyu bu mənəviyyatsız tayfadan böyük dövlətlər yalnız alət kimi istifadə etmişdilər.


Həmkarımız, istedadlı araşdırmaçı jurnalist Almas Altayın müəllifi olduğu filmdə, haqlı olaraq qeyd edir ki, “Xankəndinin adını Stepanakert qoyub, oranı da paytaxt etdilər. O gündən azərbaycanlıların başı aşağı, ürəkləri yaralı oldu.” .Bu fikirləri səsləndirərkən  onun  səsindəki, iztirabı, ağrını hiss etməmək mümkün deyil. Almas Altayın filmində ermənilərin tarix boyu gəldikləri yurdlarda talançılıq, qarət etmək və mənimsəmə kimi heyvani xüsusiyyətlərə mənsub olmaları açıq mətnlə bildirlir. Çünki Almas Altay davamıza gəldiyi bu səfərində  Gəncədə, Bərdədə, Tərtərdə şirin yuxudaykən yatan insanların bombalandığı əraziləri gözü ilə gördü. Şahidi oldu. Bir körpənin  qana bürünmüş gəlinciyini çəkdi...


Şəhid Nəcəf Şikarovun evini Şamaxıda ziyarət edib, vüqarlı ata-anasını danışdırdı. Valideynlərinin “Əsgər Vətən əmanəti, yurd əmanəti” deməsini öz qulaqları ilə eşitdi. Sonra bir Azərbaycan restoranında eşitdikləri “Əsgər Vətən əmanəti, yurd əmanəti” mahnısını bir günün içərisində  öyrənib özləri də oxudular.


Ona görə də ƏDALƏT üçün, Vətən üçün bu filmi  ərsəyə gətirdilər. Bu filmin hər dəqiqəsində Almasın iztirablarını gördüm. 100 il bundan əvvəl tarixi torpaqlarımıza göz dikən ermənilərin qətliamının şahidi olan  VIII əsr abidəsi Cümə Məscidinin divarlarında gördü erməni  cinayətlərinin izini. Şamaxıdakı Cümə məscidinin axundunun  fikrini yaydı dünyaya bu film: “ Allahsızlar, imansızlar məscidə  sığınan  insanları yandırdılar”- fikri indi  dünya dillərində danışan bir həqiqətdir.


Almasla Azərbaycanın Qalibiyyət günündə şadlanmağa gələn qazax yurdunun batırları  Vətənimizdə hər küçədə, hər meydanda, hər eyvanda dalğalanan üçrəngli bayrağımıza heyran oldular. Hətta “Kaş bizim də Mavimiz yurdumuzun hər yerində belə dalğalnsın” – dedilər. Bizim qələbəmizi öz qələbəsi saydı Aman Membataliyev, Ashat Kasenqaliyev, Burjan Serikbayev, İslam Kurayev, Kuanış Abdixanov, Nurqali Jusupbay, Samat Nurtaza, Nurgeldi Əbdiğani,  Nurtaza, Serik Maleyev.


 Filmin müəllifi  Azərbaycan Prezidenti İlham Əliyevi Türk ellərinin ən cəngavər oğlu kimi dünyaya bir daha təqdim etdi: “Heydər Əliyevin vəsiyyətini İlham Əliyev yerinə yetirdi, gedən yurdu qaytardı. İlham Heydər oğlu adını tarixə qızıl hərflərlə yazdı.”.


Bəli, həqiqətən də  bu gün  İlham Əliyev sülhü sevən, barışı sevən bütün insanların, bütün ölkələrin lideridir, sevimlisidir.


Bununla belə azad olunmuş yurdlarımızdakı erməni vəhşiliyi də filmdə xüsusi qeyd olunur. Və tarixə şahid qalacaq həmin görüntüləri - dağıdılmış məscidlərimizi,  tarixi abidələrimizin yerlə-yeksan olunmasını, mədəniyyətlərimizin viran və talan edilməsinin səbəbkarı olan ermənilərin əsil xislətini göstərir, bu ağrısını isə Qazaxıstandakı  böyük elçimiz Rəşad Məmmədovun  sözləri ilə çatdırır: “Talan olunmuş yurdlarımızda nə qədər ailə, ev varsa, o qədər də yaramız var, bundan sonra  biz o yaraları sarıyacağıq”.


Filmdə müzəffər ordumuzun gücü, qüdrəti də xüsusi ustalıqla qeyd olunub. Bu filmə baxanlar Azərbaycan üçün ana yurdun, torpağın nə olduğunu isə  5 yaşlı Oğuzu yatdığı şirin yuxudan ayıldan Füzuli Məcidlinin : “Dur oğul, biz qələbə qazanmışq” sözünə, körpə uşağın atasının boynuna sarılaraq “Ata, biz qələbə qazanmışıq”- deməsi məqamını izləyənlər, həqiqətən də 30 illik həsrətin nə olduğunu anlayacaqlar. Vətənə dönməyin, torpağa
qayıtmağın, itirlimiş taleyin tapılmasının nə böyük sevinc olmasını biləcəklər.


Azərbaycanın Qazaxıstandakı  və Almatıdakı Azərbaycan Diasporunun dəstəyi ilə ərsəyə gələn bu film uzun illərdən bəri Azərbaycan həqiqətinin dünyaya yayılması , yönümdə apardığımız təbliğatı şərtləndirən, 44 günlük müharibəmizin fonunda baş verənləri özündə əks etdirən ilk video sənəddir.


“Qarabağ-  Geri dönən xoşbəxtliyim” filmin çəkiliş qrupu, qazaxıstanlı qardaşlarımız Vətən Azərbaycana gələndə  mən də səfər çərçivəsində onları müşaiyət etməli oldum. Adəti üzrə mənə doğma olan Qazaxıstandan Azərbaycana gələn dostlarla görüşməyim təsadüf deyil, zərurətdən yaranır. Çünki bir azərbaycanlı kimi kimi qardaş xalqın ağrılarını bilirəm,  yazılarımda birliyimizin dirilik gətirəcəyini qeyd edirəm. Biz bu gün qazaxın min illərə söykənən qədim tarixinin içərisindəyik. Biz eyni xalqığ, eyni tayfayıq. Biz bu tariximizi, bu zəfərimizi qoruyacağıq ki, daha düşmənlərimiz, yaddelli imperialist siyasəti yeridənlər bu BİRGƏliyimizə mane olmasınlar. Qazaxlar deyən kimi BİRGƏ BOLAMIZ!


Aida Eyvazlı GÖYTÜRK

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?