Modern.az

Fəhlə çoxmərtəbəli binadan yıxıldı

Fəhlə çoxmərtəbəli binadan yıxıldı

Aktual

14 Yanvar 2021, 12:21

Yanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna  məlumat daxil olub.

Rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, ilkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır