Modern.az

Evini tərk edən daha 2 koronavirus xəstəsinə cinayət işi açıldı

Evini tərk edən daha 2 koronavirus xəstəsinə cinayət işi açıldı

Aktual

15 Yanvar 2021, 10:17

Daxili İşlər nazirliyi əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür