Modern.az

Əmanətləri qaytarmayan bankirlər cəzalandırılacaq - ÖZƏL

Əmanətləri qaytarmayan bankirlər cəzalandırılacaq - ÖZƏL

İqtisadiyyat

15 Yanvar 2021, 12:02

Kommersiya banklarında ciddi yoxlamalara start verilib. Xüsusuilə də, müflis elan edilən, vətəndaşların əmanətlərini qaytarmayan banklar hərtərəfli təftiş edilir.

 

Bank sektorundan Modern.az-a daxil olan məlumata görə, yoxlamalarda əsas məqsədlərdən biri də bank sektorunun çökməsinə səbəb olan məqamları araşdrımaqdır. Bu məsələdə təqsiri olanları ciddi cəza gözləyir.

Mənbə bilirir ki, araşdırmalar zamanı ən sıravi işçidən tutmuş rəhbər şəxsə qədər hamının fəaliyyəti yoxlanılır.

 

Məsələ burasındadır ki, bu günə qədər bankların iflasına səbəb olanlar cəzasız qalır, əhaliyə dəyən ziyan dövlət tərəfindən ödənilirdi.

 

Daha əvvəl məlumat vermişdik ki, hökumət tərəfindən banklarla bağlı hazırlanan yeni qanun layihəsində bu məqamlar nəzərə alınacaq və bankın iflasına səbəb olacaq şəxslər məsuliyyətə cəlb ediləcəklər.

 

Qanun geriyə şamil olunmasa belə, ümumilikdə banklara nəzarət gücləndiriləcək, bank fəaliyyətində şəffaflıq artırılacaq, vətəndaşların bank hesabatlarına əlçatanlığı  təmin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi