Modern.az

Ərdoğandan İrana cavab: “Hamı İrana üz çevirəndə Türkiyə onun yanındaydı”

Ərdoğandan İrana cavab: “Hamı İrana üz çevirəndə Türkiyə onun yanındaydı”

8 Avqust 2012, 17:27

Modern.az xəbər verir ki, İranın səlahiyyətli şəxslərinin Suriyada qan tökülməsində Türkiyəni təqsirləndirmələrinə Baş nazir Ərdoğan cavab verib.
Qeyd edək ki, Türkiyəyə ünvanlanan ittihamlar İranın İslam İnqilabı Müdafiə Korpusunun rəsmi saytında yer alıb.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan buna cavab olaraq bildirib ki, İran hərbi qüvvələrinin baş rəisinin Türkiyəni, Qatarı, Səudiyyə Ərəbistanı kimi ölkələri Suriyada qan tökülməsində günahlandırması onu hiddətləndirib.
”Xatırladıram ki, hamı İrana üz çevirəndə ancaq Türkiyə onun yanında idi”-deyə Ərdoğan vurğulayıb.

Aygün ASİFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir