Modern.az

Fransada Sarkozinin Rusiyadan pul alması ilə bağlı istintaq başlayıb

Fransada Sarkozinin Rusiyadan pul alması ilə bağlı istintaq başlayıb

Dünya

15 Yanvar 2021, 18:35

Fransanın Milli Maliyyə Prokurorluğu “təsiretmə ticarətində” şübhəli bilinən  keçmiş prezident Nikolya Sarkoziyə qarşı ilkin istintaqa başlayıb.

Modern.az xəbər verir ki, bu haqda “Mediapart” və “Le Monde” nəşrləri məlumat yayıb.     

“Mediapart” internet portalının məlumatına görə, Sarkozi 2019-cu ildə Rusiyanın “Reso-Qarantiya” sığorta şirkəti ilə konsaltinq xidmətlətinin göstəriləməsi üçün müqavilə bağlayıb. Sarkisov qardaşlarına məxsus şirkətlə bağlanan çoxillik müqavilənin ümumi qiyməti 3 milyon avro dəyərindədir.    

İstintaq keçmiş dövlət başçısının yalnız qanuni yolla məsləhətçi qismində çıxış etdiyini, yoxsa rus oliqarxları adından cinayət xarakterli potensial lobbiçilik fəaliyyətində iştirak etdiyini müəyyənləşdirəcək.    

Sarkisov qardaşları Sarkozini “xüsusi məsləhətçi” və İdarə Heyətinin Müşavirlər Komitəsinin sədri qismində işə götürdüklərini təsdiqləyiblər.

Keçən ay Paris prokurorluğu korrupsiya və “təsiretmə ticarətində” ittiham olunan Fransanın keçmiş prezidenti Sarkoziyə 4 illik həbs cəzası tələb edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?