Modern.az

“WhatsApp” yeni qaydaların tətbiqini təxirə saldı

“WhatsApp” yeni qaydaların tətbiqini təxirə saldı

Dünya

16 Yanvar 2021, 00:37

"WhatsApp" messenceri yeni siyasətinin tətbiqini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə "WhatsApp" administrasiyası messencerin saytında məlumat yerləşdirib.

 

"Bir çox insandan son yeniləmə ilə əlaqədar baş verən qarışıqlıq barədə eşitdik. Narahatlıq yaradan bir çox dezinformasiya yayıldı və biz hamının prinsiplərimizi və mövcud faktları anlamağına kömək etmək istəyirik", - deyə məlumatda bildirilir.

 

Qeyd edilir ki, insanların bir-birlərinə göndərdikləri şeylər yalnız aralarında qalır, bu isə o deməkdir ki, xidmət "şəxsi danışıqları hər zaman iki tərəfli şifrələmə ilə qoruyacaq, nə "WhatsApp", nə də "Facebook" bu mesajları görə bilməyəcək".

 

Məlumatda vurğulanır ki, planlaşdırılan yeni qaydalarla əlaqədar olaraq bu prinsiplər dəyişməyəcək. Eyni zamanda, sosial şəbəkə rəhbərliyi istifadəçilərə yeni siyasəti izah edə bilmək üçün onun tətbiq edilmə tarixini təxirə salmağa qərar verdi:

 

"İstifadəçilərdən şərtləri nəzərdən keçirib qəbul etmələri istənəcəyi tarixi təxirə salırıq. Fevralın 8-i heç bir hesab bloklanmayacaq və silinməyəcək. "WhatsApp"ın məxfiliyi və təhlükəsizliyi ilə bağlı yanlış məlumatları ləğv etmək üçün daha çox iş görmək istəyirik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür