Modern.az

Yoluxanlarla sağalanların arasında 3-4 dəfə fərq var - TƏBİB

Yoluxanlarla sağalanların arasında 3-4 dəfə fərq var - TƏBİB

Aktual

16 Yanvar 2021, 11:16

Hazırda yeni yoluxanlarla sağalanların arasında 3-4 dəfə fərq var. Bu isə çarpayı fondunda, həmçinin reanimasiyada yerlərin boşalmasına gətirib çıxarıb.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva qeyd edib ki, 14 dekabr 2020-ci ildə yoluxma əmsalı 31 faiz idisə, indi yoluxma əmsalı 5 faizə enib:

 

"Bu isə sərtləşdirilmiş karantin rejiminin, həmçinin vətəndaşlarımızın məsuliyyətindən irəli gəlir".

 

Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, bu göstəricilər karantin rejiminin yumşaldılmasına qərar verilib:

 

"Amma daha sonra yoluxma sayının artımı istisna edilmir. Bu səbəbdən də vaksinasiya mütləqdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!