Modern.az

Vaksin vurduran insan yaxınları üçün təhlükəli deyil - Yaqut Qarayeva

Vaksin vurduran insan yaxınları üçün təhlükəli deyil - Yaqut Qarayeva

Aktual

16 Yanvar 2021, 11:41

Vaksin vurduran insan yaxınları üçün təhlükəli ola bilməz. Amma vaksinasiya prinsipinə görə, vaksin olunduqdan bir müddət sonra orqanizmdə immunitet yaranır.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva qeyd edib ki, vaksin 2 dozadan ibarət olacaq:

 

"Birinci dozadan sonra yoluxan insan xəstəliyi yüngül keçirə bilər. İstənilən halda vaksinasiya olunan şəxs belə, özünü qorumalı, gigiyena qaydalarına riayət etməlidir".

O, vətəndaşları normal həyata qayıtmaq, məktəblərin açılması üçün bütün qaydalara riayət etməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı