Modern.az

“Mercedes”lə Bakıya sərnişin daşıyan sürücü həbs edildi

“Mercedes”lə Bakıya sərnişin daşıyan sürücü həbs edildi

16 Yanvar 2021, 16:40

Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhərin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları “Mercedes” markalı mikroavtobusu yoxlayan zaman sürücü, Mingəçevir şəhər sakini Ramin Həsənovun karantin qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd etdiyini aşkarlayıblar. Həmin şəxs Polis Şöbəsinə gətirilib və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Həsənov 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi