Modern.az

“Gürcü Arzusu”nun yeni sədri təsdiqləndi

“Gürcü Arzusu”nun yeni sədri təsdiqləndi

16 Yanvar 2021, 18:27

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası parlamentin keçmiş sədri İrakli Kobaxidzenin partiya sədri vəzifəsini təsdiqləyib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas Gürcüstan televiziyaları vasitəsi ilə canlı yayımlanıb.

 

Partiyanın baş katibi Kaxa Kaladze İrakli Kobaxidzenin yekdilliklə partiya sədri seçildiyini bildirib.

 

Kobaxidze göstərilən etimada görə təşəkkür edib.

 

Qeyd edək ki, daha əvvəl Bidzina İvanişvili partiyanın sədri olub.

 

Bu, partiyanın qurucusu, gürcü milyarder İvanişvilinin iştirak etmədiyi ilk qurultaydır. Bu yaxınlarda onun siyasətdən ayrıldığı ilə bağlı qərarı yayılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir