Modern.az

Prezident azərbaycanlılara Türkiyədə yaşıl işıq yandırdı

Prezident azərbaycanlılara Türkiyədə yaşıl işıq yandırdı

Dünya

9 Avqust 2012, 13:10

Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak ala biləcəklər. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkə prezidenti Abdulla Gül Türkiyədə 183 ölkənin daşınmaz əmlak ala biləcəkləri barədə qanun imzalayıb. Qanuna görə, bu ölkələr arasında ABŞ, Almaniya, İngiltərə, Fransa, Belçika, İtaliya, Cənubi Koreya və Monako da var.

Qanunda Türkiyənin əlaqələrini dondurduğu Suriya, Ermənistan və Şimali Koreya  kimi ölkələr isə 183 ölkədən kənarda qaldı. Rusiya, Gürcüstan, Yunanıstan və Bolqarıstan kimi ölkələrin vətəndaşları isə sahil və sərhədlər istisna olmaqla, digər yaşayış məskənlərindən daşınmaz əmlak ala biləcəklər. İran və İraq kimi ölkələr isə xüsusi icazə ilə əmlak ala biləcəklər. Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Azərbaycan, Türkmənistan kimi ölkələrin vətəndaşları isə heç bir şərt olmadan daşınmaz əmlak ala bilərlər.

Sevinc İltifatqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır