Modern.az

Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya işləri sona çatdı

Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya işləri sona çatdı

17 Yanvar 2021, 12:50

Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı üzrə həyata keçirilən işlər sona çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, baş nazir Giorgi Qaxarianın rəhbərliyi ilə hökumət evində vaksinasiya prosesinin detalları barəsində növbəti görüş baş tutub. Toplantı zamanı Covid-19 əleyhinə vaksinin Gürcüstana qısa müddət ərzində gətirilməsinin və tətbiqinin önəmindən söz açılıb.

 

Qeyd edək ki, mart ayınadək koronavirus əleyhinə vaksinin Gürcüstana gətirilməsi gözlənilir. Xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri, Amiran Qamkrelidzenin sözlərinə görə, 2021-ci il ərzində ölkə əhalisinin 60%-nə vaksin vurulması üçün çalışılacaq. Hələlik vaksinin 18 yaşdan yuxarı olan şəxslərə vurulacağı bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər