Modern.az

Hakan Çalhanoğlu da koronavirusa yoluxdu

Hakan Çalhanoğlu da koronavirusa yoluxdu

17 Yanvar 2021, 13:15

İtaliyanın “Milan” klubunda iki futbolçu koronavirusa yoluxub.

 

Modern.az  xəbər verir ki, bu barədə “rossonyerlər” rəsmi sayt vasitəsilə məlumat yayıb.

 

Bildirilib ki, komandadan götürülən testin nəticəsi iki aparıcı oyunçuda – müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Hakan Çalhanoğluda pozitiv çıxıb. Hər iki futbolçu dərhal öz evlərində karantinə alınıb. Onlar komandanın növbəti matçlarını buraxacaq.

 

Qeyd edək ki, “Milan” A seriyasının XVIII turu çərçivəsində sabah “Kalyari”nin qonağı olacaq.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi