Modern.az

Hay sürüsünün növbəti uydurma əsərinə aid mülahizələr - II HİSSƏ

Hay sürüsünün növbəti uydurma əsərinə aid mülahizələr - II HİSSƏ

18 Yanvar 2021, 09:43

“Gürcü şairi, Ş.Rustaveli adına Dövlət mükafatı laureatı, ictimai xadim Cansuqa Çarkviani (1931-2017) ömrünün son aylarında ölkə hökumətinə müraciət edərək “erməni”lər tərəfindən nəinki gürcü mədəni-tarixi irsinin mənimsənilməsinin, eləcə də qonşu və digər xalqların da mədəniyyət sərvətlərinə həyasızcasına sahib olmalarının qarşısının alınması istiqamətində təsirli  tədbirləri görməyi xahiş etmişdir”.
(“Lenta.Ge” saytı, “Kartuli Sitkva” (“Gürcü sözü”) qəzeti, 30 avqust 2017-ci il).

            
Gürcüstan Respublikasının paytaxtında fəaliyyət göstərən özəl Beynəlxalq Universitetin nəşriyyatında hay kilsəsinin bu kütlənin tarixinə dair növbəti uydurma faktlar toplusu olan “Qədim dövrlərdən 1921-ci ilədək erməni xalqının tarixi” kitabı (2016) çap edilmişdir. Kitabı nəşrə hazırlayan və ön söz müəllifi David Merkviladze, rus dilinə çevirəni  Erekle Xutcişvili olub.

          
Saxta məlumatlara və uydurma tarixi faktlara geniş yer verən bu nəşr, eləcə də “erməni” uydurmalarının sərhədsizliyi (saxtakarlığı) və həyasızlığının ölçüyəgəlməzliyi (ənənəsi) barədə qonşu ölkənin  elmi və ictimai söz sahiblərinin rəsmi-qeyri rəsmi münasibətləri kifayət qədər olsa da, əsaslandırılmış elmi-nəzəri mülahizələrlə təkzib edilsə də “dəyirman “çax-çux” səslərini kəsmir ki, kəsmir.”

           
Əvvəlki yazılarımızda qeyd edildiyi kimi, həmçinin gürcü tarixçilərinin, alimlərinin, yazıçılarının (A.P. Abdaladze “Gürcüstanda erməni problemi” əsəri (2017); “Obyekyiv” TV-də 24 yanvar 2016-cı il  tarixli verlişdəki və hökumətyönlü “Asaval-dasaval” qəzetinin dekabr, 2016-cı ildəki 50-ci (1153) sayında çap edilmiş müsahibəsinin təhlili mülahizələri; I.A.Cavaxaşvili (1876-1940), tarixçi, SSRİ EA-nın akademiki, 1937-1940-cı illərdə Gürcüstanın Məhsəti bölgəsində aparılan arxeoloji ekspedisiyanın rəhbəri, IV cildlik “Gürcü xalqının tarixi” əsərinin müəllifi; T.Beradze və M. Sanadze “Gürcüstanın tarixi”, (2003), I cild; N.İ.Berdzaşvili “Gürcü tarixi”, (1950); Q.Marxuliya “Ermənilər Ermənistan axtarışında” (2011) kitabı, “Satqınlıq ermənilərin qanındadır” müsahibəsi,”1 news.az” saytı, 11.06.2014; D.Musxalaşvili “Gürcü tarixinin bir neçə sualları erməni tarixyazarlarının izahında” məqaləsi, “Qafqaz və qloballaşma” jurnalı, 2011, 1-2 buraxılış, V cild, səh.170-180)... əsərlərində irəli sürülmüş eimi-nəzəri əsaslandırmalar “Qədim dövrlərdən 1921-ci ilədək erməni xalqının tarixi” kitabındakı faktların yalan olduğu və həqiqətə söykənmədiyi, Cənubi Qafqazda minilliklər, xüsusilə son bir neçə yüzillikdə baş verən real tarixi hadisələrin bilərəkdən  “erməni” xislətinə uyğun olaraq kobud şəkildə təhrif edildiyi göstərilmişdir.

            
Həmin  kitabda xüsusi ilə hay kilsəsi tərəfindən tirajlanan uydurma yalan - guya Aralıq, Qara və Xəzər dənizi hövzələrini tutan “erməni” dövlətlərinin tarixinin, əski təkamül mərhələlərinin, coğrafi mövqeyinin, hakimiyyətdə şəcərə və soy köklərinin sırf “erməni”lərlə bağlılığı ilə bağlı digər uydurmalar, xəstə təxəyyüllər kimi (“erməni”lərin Qafqaz regionunda kökənli və sivil toplum olması, yerli maddi-mədəniyyət və tarixi-irs abidələrinin əksəriyyətinin onlara məxsus olması, Qafqazın bütün xalqlarının həyatında və dövlət quruculuğunda “erməni”lərin bilavasitə yaxından iştirak etməsi, bu regionun beynəlxalq siyasi, iqtisadi və elmi inteqrasiyada “erməni”lərin  aparıcı rol oynaması...) tamamilə əsassızdır.

             
Maraq doğuran cəhətlərdən biri, kitabın adı ilə bağlıdır. Nəyə görə, guya dünyanın ən qədim xalqı olan “erməni”lərin tarixi 1921-ci ilədək işıqlandırılır. Bəs, sonrakı dövr? Yenə də “erməni” xislətinin təzahürü özünü göstərir. Yəni, Sovet Rusiyası ilə Osmanlı Türkiyəsi arasında 16 mart 1921-ci ildə Moskva şəhərində bağlanmış müqavilənin şərtləri “erməni”lər tərəfindən tanınmır və Anadolu yaylasının şərq ərazilərinə, eləcə də Naxçıvan Muxtar Respublikasına ərazi iddiaları hələ də qüvvədədir, unudulmayıb.

             
Bu mənada kiçik xatırlamaya ehtiyac yaranır.

           
 1980-ci ildə İrəvan Dövlət Universitetinin müəlliflər kollektivi (Q.X.Sərkisyan, T.X Akopyan, A.Q.Abramyan, M.Q.Nersisyan...) tərəfindən rus dilində “Erməni xalqının tarixi: Qədim dövrlərdən bu günə qədər” akademik nəşr çar edilmişdir (460 səhifə, illüstrasiya və xəritə materalları ilə). Bu kitab 1972-ci ildə “erməni” dilində işıq üzü görən “Erməni xalqının tarixi” (1 cildlik) əsərinin təkmilləşdirilmiş variantı hesab edilir.

            
Yuxarıda adı çəkilən nəşrlərdə qədim “erməni” xalqının Dəclə və Fərat çaylarının yuxarı hövzələrində məskunlaşması, e.ə. II-I minilliklərdə Bizans, Urartu, Babil (Mesopotamiya) dövlətlərinin sərhədlərində dövlət qurmaları, tarixi-coğrafi ərazi baxımından Aralıq, Qara və Xəzər dənizi sahillərindək yerləşməsi...kimi uydurmalar “tarixi faktlarla bəzədilmişdir”.

           
 Onlardan biri aşağıdakı kimidir: “e.ə. XII əsrdə erməni dağlıq yaylasının cənub-qərbindəki Fərat çayı hövzəsinin vilayətlərinə ermənilər başqa yerlərdən köçüb gəlmişlər.” Bunu “erməni”lər özləri yazır.

            
Deməli, onların daha sonra iddia etdikləri Kilikiya dövlətinin ərazisinə  “erməni”lər gəlmə tayfalardır və burada e.ə. 95-55-ci illərdə yerləşiblər (həmin nəşrlərdən). Amma, Kilikiya “erməni” çarlığının mövcudluğunu bizanslıları bu ərazilərdən qovduqdan sonra (II Tiqran, Ruben və oğlu Konstantinin dövründə) 1080-1375-ci illər kimi göstərirlər. Kitablarda yer alan “Tarixi Ermənistan və ətraf ölkələri”, “Kilikiya erməni dövləti və ətraf ölkələri” xəritələrində (müəllifi A.M.Voskanyan, kartoqraf  P.K.Poqosyan) üç dənizin hövzəsi bütünlüklə “erməni” toponimləri ilə cızılmışdır: “Kiçik Ermənistan”, “Bizans Ermənistanı”, “Böyük Ermənistan”. “Birinci Ermənistan”, “İkinci Ermənistan”, “Dördüncü Ermənistan”, “Yüksək Ermənistan”...

            
Diqqət çəkən məqam odur ki, hay kilsəsi istər saxta dini-mistik təsəvvürlər, xəritə-illüstrasiya təsvirləri olsun, istərsə də ki, yalançı nəşr məmulatları olsun, hamısında “qədim hay sürüsünün binə saldığı əraziləri”  üç dənizin əhatəsində  göstərir, çünki xislətləri özlərinə də məlumdur, bütün quru sərhədləri ilə qonşu dövlətlərə əsassız ərazi iddialarında olmaları onları əhatədə qalma təhlükəsi (indiki kimi)ilə üzləşdirir. Yeganə çıxış yolu onlar üçün nəyin bahasına olursa olsun yalnız dəniz yoluna yiyələnməkdir.  Ona görə də ibtidai insan-hay sürüsü bu üç dənizdən birinin sahilinə yiyələnmək, dünya ölkələri ilə sərbəst əlaqə yaratmaq üçün bu dənizlər sahilindəki Türkiyə Cumhuriyyətinə, Gürcüstan və Azərbaycan respublikalarına qarşı bütün vasitələrlə ərazi iddialarından əl çəkmirlər.

           
Bəs, nəyə görə dünya ölkələri onların əsassız iddialarına inanırlar? Çünki, hay kilsəsinin dirijorluğu ilə bu sürü harada olmasından asılı olmayaraq  eyni “mahnını”  ifa edir.

          
 Bu onların tarixi həyasız missiyalarından biridir, bəlkə də ən əsasıdır.           

           
Gürcü elmi-mədəni ictimaiyyətinin qabağcıl nümayəndələri “Qədim dövrlərdən 1921-ci ilədək erməni xalqının tarixi” kitabında yer alan saxta “dənizdən-dənizə” və ya “üç dəniz hövzəsini əhatə edən qədim “erməni” dövləti” tezislərinin dövriyyəyə buraxılmasını (eləcə də Gürcüstan Respublikasının ərazi bütövlüyünə edilən təhdidlər timsalında) digər amillərlə də əlaqələndirirlər.

           
Gürcüstan Respublikasının Acarıstan, Cəvahirli və Əhəlkələk bölgələrinə “erməni” iddialarının məğzində həm də həmin ərazilərdən kökənli müsəlman-türk və gürcü əhalisinin köçürülməsi durur ki, bu məqsədlərinə onlar Abxaziyada artıq nail olublar. Bu ölkənin elmi-mədəni ictimaiyyətinin  fikrincə əgər belə davam edərsə 20-30 ildən sonra Abxaziya bütünlüklə “erməni”lərin ixtiyarında olacaqdır, çünki bu yolda onların ən etibarlı himayəçiləri Rusiya Federasiyasının rəhbərliyi və gürcü soyadı ilə yerli hakimiyyətdə təmsil edilən “erməni”lərdir.

           
Qonşu ölkədə viza rejiminin liberallaşdlrılması gürcülərin xaricə miqrasiyasını gücləndirməklə “erməni”lərin onların yerini tutması ilə nəticələnmişdir. “Erməni” diasporunun diqqətdə saxladığı  məsələlərdən biri də Gürcüstanda “erməni məsələsi”nin özlərinə uyğun yöndə həll edilməsidir. Gürcüstanda “erməni” soylu gürcülərin fəaliyyətinin geniş işıqlandırılması, milli azlıqlar sırasında diqqətin əsasən “erməni”lərə yönləndirilməsi, dövlət quruculuğunda bu topluma üstünlük verilməsinin zəruriliyi... barədə kütləvi surətdə məqalələrin, kitabların yazılmasında eks-prezident M.N.Saakaşvilinin (1967) hakimiyyəti illərində (2004-2013) onun milli azlıqlar üzrə müşaviri, bu ölkədə parlament deputatı və “erməni” diasporunun lideri Van  Vaqarşakoviç Bayburtun xüsusi xidmətlərinin olduğu bildirilir (bu canlının başqa məqsədi SOCARın Gürcüstandakı mövqeyinin İranın əvəzlənməsi ilə nəticələnən işləri başa çatdırmaqdır).

          
Gürcü alimi A.Abdaladze bir tarixi faktı da oxucuların nəzərinə çatdırmışdır.

Ölkəsinin ərazisindəki qədim Anise şəhərində 1219-cu ilə aid əlyazmada Siqel-Qudcari məbədinin gürcülərə məxsusluğu  barədə məlumat yazılsa da, ilk dəfə bu nüsxəni öyrənən Rusiya İmperiya Akademiyasının həqiqi üzvü, şərqşünas-Qafqazşünas N.Y.Marr (1864-1934) həqiqəti danaraq və “erməni”lərə satılaraq bu kilsənin haylara aid olduğunu bilsdirmişdir, baxmayaraq ki, bu əlyazmanın məzmunu ilə görkəmli gürcü alimləri  İ.Cavanaşvili (Gürcüstan Dövlət Universiteti onun adınadır), V. Dandua da tanış idilər...

 
Haqqında söhbət açılan “erməni” nəşrlərində yer alan yalan iddialara, saxtalaşdırılmış tarixi faktlara, həqiqətə uyğun olmayan mülahizələrə... də, digər mövzularla bağlı  toxunmuşdur.

 Bu barədə növbəti yazımızda.

 

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.) 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!